Bakıda yeniyetmələrə qarşı soyğunçuluq edən şəxs tutulub

Bakıda yeniyetmələrə qarşı soyğunçuluq edən şəxs tutulub
# 23 oktyabr 2020 15:39 (UTC +04:00)

Yeniyetmələrə qarşı zor tətbiq edərək soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə oktyabrın 19-da Mərdəkan qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini olan yeniyetməyə zor tətbiq edərək mobil telefonunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Əsədov müəyyən edilərək saxlanılıb. Onun ətrafında aparılan tədbirlərlə oktyabrın 20-də həmin ərazidə digər bir yeniyetməyə də zor tətbiq edərək mobil telefonunu alması müəyyən edilib.

Rayon Polis İdarəsi tərəfindən araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR