Bakıda zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Bakıda zəncirvari qəza olub, xəsarət alan var - FOTO
# 17 avqust 2020 10:24 (UTC +04:00)

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb. Belə ki, "Nissan" markalı avtomobil dönmə əməliyyatı edərkən "Hyundai" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "Hunday" qarşıda dayanan "Mercedes" markalı avtomobilə dəyib. Qəza zamanı "Hyundai"də olan qadın sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR