Balakənçayda köməksiz qalan bir nəfər xilas edilib

Balakənçayda köməksiz qalan bir nəfər xilas edilib
# 22 avqust 2020 15:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Balakən rayonu ərazisində Balakənçay çayında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR