Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib
# 05 iyun 2020 09:45 (UTC +04:00)

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yabanı halda bitən və ümumi çəkisi 2 ton 150 kiloqram olan çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR