Balakəndə fərdi yaşayış evində yanğın baş verib

Balakəndə fərdi yaşayış evində yanğın baş verib
# 13 noyabr 2020 08:52 (UTC +04:00)

Balakən rayonu Meşəşambul kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə ümumi sahəsi 120 kv/m olan kürsülü 1 mərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyü 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR