Balakəndə toy edənlər cərimələnib

Balakəndə toy edənlər cərimələnib
# 09 aprel 2021 16:01 (UTC +04:00)

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Tülü kəndində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman insanların kütləvi şəkildə toplaşdığını, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.

Toy mərasimini təşkil edən ev sahibləri və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR