Baş Prokurorluq maarifləndirici videoçarx hazırlayıb - VİDEO

Baş Prokurorluq maarifləndirici videoçarx hazırlayıb  - VİDEO
# 17 sentyabr 2020 11:13 (UTC +04:00)

Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinindən APA-ya verilən məlumata görə, Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva prokurorluq orqanlarının fəaliyyətilə bağlı “Baş Prokurorluğun yeni yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin fəaliyyət istiqaməti nədən ibarətdir?”, “Nəqliyyat vasitələrin üzərinə həbs hansı qaydada qoyulur?” suallarını cavablandırıb.

Təqdim olunmuş videonu izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR