Baş Prokurorluq müraciətlərə baxılma qaydası barədə izah verib - VİDEO

Baş Prokurorluq müraciətlərə baxılma qaydası barədə izah verib - VİDEO
# 03 sentyabr 2020 11:28 (UTC +04:00)

Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətlə bağlı “prokurorluq orqanlarına müraciət etmək üçün hər hansı əlaqə vasitəsi mövcuddurmu?”, “vətəndaşlar prokurorluq orqanlarına hansı qaydada müraciət edə bilər?”, “hazırda Baş Prokurorluqda vətəndaşların qəbulu hansı qaydada həyata keçirilir?” suallarını cavablandırılıb.

Təqdim olunmuş videonu izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR