"İndiyə qədər ermənilərin törətdikləri cinayətlərlə bağlı qəsdən adam öldürməyə görə 287, qəsdən adam öldürməyə cəhdlə bağlı 625 fakt üzrə cinayət işi başlanıb".
APA-nın məlumatına görə, bunu Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, 2015-2018-ci illərdə iki Erməninstan vətəndaşı Azərbaycanda mühakimə edilib və onlar barəsində uzunmüddətli azadlıqdan mərhum etmə cəzası tədbiq edilib.