Beşbarmaq dağında köməksiz qalan şəxs xilas olunub

Beşbarmaq dağında köməksiz qalan şəxs xilas olunub
# 22 avqust 2020 09:29 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində yerləşən Beşbarmaq dağında köməksiz vəziyyətdə qalan bir nəfərin xilas olunması üçün müraciət daxil olub.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR