Biləsuvarda 13 kq-a yaxın narkotik aşkar edilib

Biləsuvarda 13 kq-a yaxın narkotik aşkar edilib
# 30 sentyabr 2020 12:24 (UTC +04:00)

Biləsuvarda gizlədilən narkotik vasitələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Biləsuvar Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimankənd kəndi ərazisində gizlədilən 6 kiloqram 925 qram heroin, 4 kiloqram 493 qramdan artıq metamfetamin, 2 kiloqram 980 qram tiryək, 380 qram marixuana və 165 qram “Preqabalin” dərman həbi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitələri gizlədənin şəxsiyyəti də müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR