Biləsuvarda 3 otaqlı ev yanıb

Biləsuvarda 3 otaqlı ev yanıb
# 26 avqust 2020 00:30 (UTC +04:00)

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 70 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR