Biləsuvarda minik avtomobili traktorla toqquşub, ölən və yaralananlar var

Biləsuvarda minik avtomobili traktorla toqquşub, ölən və yaralananlar var
# 23 sentyabr 2020 18:38 (UTC +04:00)

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. Traktorla "Mercedes" markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb və bir neçə nəfər ağır yaralanıb.

Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR