Biləsuvarda narkotacirlər saxlanılıb

Biləsuvarda narkotacirlər saxlanılıb
# 20 avqust 2020 09:32 (UTC +04:00)

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakinləri G. Həsənova və R. Yəhyayev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan 3 ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 847 qram narkotik vasitə heroin və bir bağlamada 67 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR