Bərdədə avtomobillə vurulan qadın ölüb, nəvəsi xəsarət alıb

Bərdədə avtomobillə vurulan qadın ölüb, nəvəsi xəsarət alıb
# 28 may 2020 14:22 (UTC +04:00)

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 27-də saat 11.00 radələrində Bərdə rayonunun Uğurbəyli kəndi ərazisində Kətəlparaq kənd sakini S.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobil ilə, yolun kənarında gedən kənd sakinləri Həqiqət Bağırovanı və 12 yaşlı nəvəsi M.Bağırovanı vurub.

Xəstəxanaya yerləşdirilən qadın ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR