Bərdədə qəza zamanı sərnişin avtomobilin on şüşəsindən çıxaraq səkiyə çırpılıb - FOTO

#
# 21:24
15 avqust 2020

Bərdə şəhərinin Nuşabə küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

APA-nın yerli müxbirinin xəbərinə görə, "VAZ 21 07" markalı avtomobillə qarşıdan gələn "Jeep" markalı minik avtomobili toqquşub. 

Nəticədə “VAZ 2107” markalı avtomobildə olan rayon sakini, 1978-ci il təvəllüdlü Əsgərova Gülnarə Fərhad qızı avtomobilin on şüşəsindən çıxaraq yol kənarında səkiyə çırpılıb. 

Ağır xəsarətlər alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, G.Əsgərovaya ağır kələ-beyin travması və alın nahiyəsinin yarılmış və sağ qolun sınmış diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR