Bu il prokurorluq orqanları üzrə 577 cinayət işi icraata qəbul edilib

Bu il prokurorluq orqanları üzrə 577 cinayət işi icraata qəbul edilib
# 19 aprel 2021 15:22 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu günün rəqəmi 577-dir. Belə ki, 2021-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları üzrə 577 cinayət işi icraata qəbul edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR