Cəlilabad sakini yaxın qohumları tərəfindən döyülüb

Cəlilabad sakini yaxın qohumları tərəfindən döyülüb
# 25 iyun 2020 23:44 (UTC +04:00)

Cəlilabadda qohumlar arasında dava bir nəfərin xəsarət alması ilə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Alar kəndində qohumlar yol üstündə mübahisə edib və sonradan əlbəyaxa dava baş verib.

Bu zaman kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Aşur oğlu Quliyev evinin yaxınlığında qohumları tərəfindən döyülüb. Zərərçəkmiş baş vermiş hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edib və burada halı pisləşib. Zaur Quliyev polislər tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra Z.Quliyevin kəllə qapağında çoxsaylı sınıqların olduğu müəyyən edilib və onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR