Cəlilabad sakinindən narkotik götürülüb

Cəlilabad sakinindən narkotik götürülüb
# 31 avqust 2020 11:51 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qramdan artıq heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən isə əlavə 1 kiloqram 960 qram tiryək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR