Cəlilabadda fərdi yaşayış evi yanıb

Cəlilabadda fərdi yaşayış evi yanıb
# 24 oktyabr 2020 00:53 (UTC +04:00)

Cəlilabad rayonunun Soltankənd kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 150 kv/m olan birmərtəbəli evin yanar konstruksiyaları 135 kv/m sahədə yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 kv/m olan talvarın lambirindən ibarət tavanı əriyib. Evin və talvarın qalan hissəsi, bitişik ümumi sahəsi 40 kv/m olan qaraj yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR