Cəlilabadda meşədə yanğın olub

Cəlilabadda meşədə yanğın olub
# 30 avqust 2020 19:18 (UTC +04:00)

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında meşə ərazisində 0,5 ha sahədə kol-kos, quru ot və qurumuş ağaclar yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, meşənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR