Cəlilabadda narkotikin təsiri altında taksi sürən şəxs saxlanılıb

Cəlilabadda narkotikin təsiri altında taksi sürən şəxs saxlanılıb
# 26 avqust 2020 10:35 (UTC +04:00)

Cəlilabadda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Bu zaman avtomobilin sürücüsü olan Cəlilabad şəhər sakini İ.Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib.

Müayinə zamanı İ.Yusifzadənin avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Sürücünün bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu müəyyənləşib. İ.Yusifazadə barəsində toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR