Cəlilabadda yanğın baş verib

Cəlilabadda yanğın baş verib
# 13 iyul 2020 20:13 (UTC +04:00)

Cəlilabad rayonunda birmərtəbəli ev yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yanğın rayonun Günəşli kəndində baş verib.

Yanğın kənd sakini Cavanşir Bağırova məxsus ümumi sahəsi 120 kv/m olan birmərtəbəli evdə qeydə alınıb. Evin yanar konstruksiyaları 100 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, C.Bağırov Günəşli kəndində həkim məntəqəsinin müdiridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR