DİN Abşeronda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət aldığı qəza ilə bağlı məlumat yayıb

DİN Abşeronda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət aldığı qəza ilə bağlı məlumat yayıb
# 10 sentyabr 2020 12:23 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Abşeronda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 9-da saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində A.Məmmədovun və B.Şahmuradovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və 7 nəfər sərnişin xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Tamam Muradova orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR