DİN Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb
# 27 fevral 2020 12:25 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Qaradağda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 26-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Əliyevin idarə etdiyi “BMW”, Bakı şəhər sakini Pərviz Yusifzadənin idarə etdiyi “Daewoo” və Şəki rayon sakini Hikmət Lətifovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub. Nəticədə H.Lətifov, P.Yusifzadə və sərnişini Ağdam rayon sakini Fatma Quliyeva hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR