DİN Goranboyda iki nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

#
# 12:21
1 sentyabr 2020

Daxili İşlər Nazirliyi Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 31-də saat 20 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində Aşağı Ağcakənd qəsəbə sakini Samin Xanlarov idarə etdiyi “AzSamand” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində, sərnişini olan həmyerlisi Əli Məmmədov isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR