DİN Lerikdə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

#
# 11:48
3 iyul 2020

Daxili İşlər Nazirliyi (DİN) Lerikdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 2-də saat 8 radələrində Lerik rayonunun Bürsülüm kəndi ərazisində Ləkər kənd sakini Habil Əzimov idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü, sərnişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR