Marketdə məhsulları yararsız hala salan şəxsin generalın oğlu olduğu məlum olub - VİDEO

#
# 11:18
5 may 2021

Marketdə məhsulları yararsız hala salan Rüstəm Orucovun generalın oğlu olduğu məlum olub. 

APA-nın xəbərinə görə, Bakıda marketdə məhsulları yararsız hala salanlardan biri Rüstəm Orucov bir neçə il əvvəl məhkum olunub. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general Novruzəli Orucovun oğludur.

Xatırladaq ki, R. Orucov 2017-ci il iyulun 3-də avtobus sürücüsünə qarşı xuliqanlıq etdiyi üçün həbs olunub. Binəqədi rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhz həmin vaxt general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

***

09.53

 

Marketdə məhsulları yararsız hala salanlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov APA-ya bildirib ki, bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşiman olduqlarını bildiriblər.

Qeyd edək ki, Rüstəm Orucov bir neçə il əvvəl məhkum olunub. O, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general Novruzəli Orucovun oğludur.

Xatırladaq ki, R. Orucov 2017-ci il iyulun 3-də avtobus sürücüsünə qarşı xuliqanlıq etdiyi üçün həbs olunub. Binəqədi rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhz həmin vaxtı general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, saxlanılan şəxsin generalın oğlu olması ilə bağlı xəbəri ilk musavat.com saytı yazıb.

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR