DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər tutulub

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər tutulub
# 24 aprel 2021 11:08 (UTC +04:00)

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR