DİN: Ötən gün ictimai yerlərdə 9 koronavirus xəstəsi aşkarlanıb

DİN: Ötən gün  ictimai yerlərdə 9 koronavirus xəstəsi aşkarlanıb
# 21 aprel 2021 09:53 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR