DİN: Ötən gün karantin rejimini pozan 2025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub

DİN: Ötən gün karantin rejimini pozan 2025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub
# 04 yanvar 2021 11:30 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, 2021-ci il yanvarın 3-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2225 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR