DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 2 nəfər yaralanıb

DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 2 nəfər yaralanıb
# 14 aprel 2021 10:40 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR