DİN: Röyal Nuraliyevin cinayət əməli tam sübuta yetirilib

DİN: Röyal Nuraliyevin cinayət əməli tam sübuta yetirilib
# 10 aprel 2021 10:54 (UTC +04:00)

Elnarə Şıxaliyevanın övladı Röyal Nuraliyevin törətdiyi cinayət əməli istintaq hərəkətləri ilə tam sübuta yetirilib.

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən iddialarla bağlı bildirilib ki, R. Nuraliyev 2019-cu ilin oktyabrın 2-də Nəsimi rayonunda Taleh Rüstəmovun sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq edib, daha sonra onu digər ünvana apararaq bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə ələ keçirib.

“Fakta görə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanmış cinayət işi üzrə R. Nuraliyev Cinayət Məcəlləsinin 181.2.5 (quldurluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Cinayət işinin istintaqı 2020-ci il martın 26-da tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin 17 avqust 2020-ci il tarixli hökmü ilə R. Nuraliyev müvafiq maddələr üzrə təqsirli bilinərək 8 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə məruz qalması və ibtidai istintaqı aparan müstəntiqin hər hansı tələbinin olması ilə bağlı təqsirləndirilən şəxsin anasının iddiaları tam əsassızdır, həqiqəti əks etdirmir. Övladının təqsirsiz olması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə etdiyi müraciətin xüsasatları müvafiq qaydada araşdırılmaqla təsdiqini tapmayıb”, - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR