DİN Türkiyə Polis Təşkilatını təbrik edib

DİN Türkiyə Polis Təşkilatını təbrik edib
# 10 aprel 2021 11:35 (UTC +04:00)

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) yaranmasının 176-cı ildönümü münasibətilə Türkiyə Polis Təşkilatını təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Türkiyə Polis Təşkilatının yaranmasının 176-cı ildönümü münasibətilə Türkiyə Polisinin əməkdaşlarını ürəkdən təbrik edirik. Bu gün Türkiyə polisi xalqına və dövlətinə ləyaqətlə xidmət edir, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. Biz Türkiyə polisinin bütün nailiyyətlərinə öz uğurlarımız qədər sevinirik. Əlamətdar gündə Türk Polis Təşkilatının hər bir əməkdaşına ən xoş arzularımızı yetirir, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq diləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR