DİN komendant saatına riayət edilməsi ilə bağlı vətəndaşlara müraciət edib

DİN komendant saatına riayət edilməsi ilə bağlı vətəndaşlara müraciət edib
# 10 noyabr 2020 16:48 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.

Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR