DSMF-in rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşının həbs müddəti uzadılıb

DSMF-in rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşının həbs müddəti uzadılıb
# 25 avqust 2020 11:41 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan vəzifəli şəxsi Pərviz İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və həbs müddəti uzadılıb.

Qeyd edək ki, DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P. İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR