Daşkəsəndə baş verən qəzada sərnişin xəsarət alıb

Daşkəsəndə baş verən qəzada sərnişin xəsarət alıb
# 22 avqust 2020 16:55 (UTC +04:00)

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - Samux rayon sakini, 1971-ci il təvəllüdlü Məmmədov Cahangir Qüdrət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR