Dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB
# 02 sentyabr 2020 15:24 (UTC +04:00)

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1995-ci il təvəllüdlü Qəhrəmanov Ülvi Adıgözəl oğlunun axtarışları başa çatıb.

APA-nın FHN-nin saytına istinadən məlumatına görə, Ü.Qəhrəmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14.58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən məlumatına görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR