Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 8500-ə yaxın vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına elektron qaydada, həmçinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.
Qeyd edək ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş orduda könüllü xidmət etmək üçün qeydiyyata alınıb
17 iyul 2020 14:14 (UTC +04:00)
Hadisə
Yevlaxda avtomobil aşıb, sürücü ölüb
21:04
25 aprel 2024
Cəlilabadda maşın ağaca çırpılıb, xəsarət alanlar var
20:10
25 aprel 2024
Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
17:54
25 aprel 2024
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO
17:53
25 aprel 2024