ETSN: Sumqayıtda yanğın baş verən ərazidə monitorinq və araşdırmalara başlanılıb

ETSN: Sumqayıtda yanğın baş verən ərazidə monitorinq və araşdırmalara başlanılıb
# 09 oktyabr 2020 20:44 (UTC +04:00)

Bu gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, ətrafa və atmosferə yayılması ehtimalı olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir.

Nəticələr barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR