FHN Bakıdan iaşə obyektində baş verən yanğınla bağlı məlumat yayıb

FHN Bakıdan iaşə obyektində baş verən yanğınla bağlı məlumat yayıb
# 25 sentyabr 2020 06:07 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan restoranın bacasında yağ qalıqları yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib.

Restoranın qalan hissəsi və tutumu 50 litr olan 1 ədəd məişət qaz balonu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR