FHN: Şabranda qəbiristanlıqda baş verən yanğın söndürülüb - YENİLƏNİB - 2

FHN: Şabranda qəbiristanlıqda baş verən yanğın söndürülüb - YENİLƏNİB - 2
# 16 avqust 2020 18:16 (UTC +04:00)

Şabran rayonunda Xaltan qəbiristanlığı adlanan ərazidə 3 ha sahədə və Meşə Təsərrüfatı İdarəsinə məxsus dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

saat 18:03

Bu gün Şabran rayonunda başlayan yanğın söndürülüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Əmirxanlı kəndində başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və səbəbləri araşdırılır.

saat 15:56

Şabran rayonunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya veerilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 7 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR