FHN Samuxda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

FHN Samuxda baş verən ağır qəza ilə bağlı məlumat yayıb
# 16 avqust 2020 12:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşması barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR