Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü Məmmədov Rövşən Elşən oğlu kürəyinin və qarnının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
23 yaşlı oğlanın hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.