Gəncə sakini özünə xəsarət yetirib

Gəncə sakini özünə xəsarət yetirib
# 14 aprel 2021 21:14 (UTC +04:00)

Gəncə sakini özünə kəsici alətlə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Mirzəyev Təvəkkül Talış oğlu hər iki qollarının və bədəninin müxtəlif hissəsinin kəsiyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 54 yaşlı kişi əsəbiləşərək özü-özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR