Gəncə sakini yıxılaraq ölüb

Gəncə sakini yıxılaraq ölüb
# 28 avqust 2020 20:38 (UTC +04:00)

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Məmmədov Rüfət Firdovsi oğlu yaşadığı evin zirzəmisində yıxılıb. Bu zaman 46 yaşlı kişi başından kəllə-beyin tranması alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR