Gəncə şəhər İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

 Gəncə şəhər İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB
# 24 avqust 2020 16:13 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri - şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisləri işləmiş Əli Rüstəmov və Məharət Mustafayev barəsində Binəqədi rayon Məhkəməsində istintaq orqanın təqdimatlara baxılıb.

APA-nın məlumatına görə, hakimlər Fərid Əmirəliyev və Vüqar Məmmədovun sədrlikləri ilə keçirilən proseslərdə istintaq orqanın təqdimatı təmin edilib.

Məhkəmə tərəfindən hər iki şəxs barəsində 1 ay 21 gün həbs qətimkan tədbiri seçilib.

***

13.43

Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq işçiləri - şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Məharət Mustafayev məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində onlar barəsində istintaq orqanın təqdimatlara baxılır.

Qeyd edək ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Məharət Mustafayev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.

Onu da qeyd edək ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR