Gəncədə 13 min manatlıq oğurluq edən şəxs tutulub

Gəncədə 13 min manatlıq oğurluq edən şəxs tutulub
# 03 may 2021 11:42 (UTC +04:00)

Gəncədə mənzildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il oktyabrın 10-da şəhər ərazisindəki evlərin birindən 13500 manat dəyərində spirtli içki, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Quliyev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR