Gəncədə 4 otaqlı evdə yanğın olub

Gəncədə 4 otaqlı evdə yanğın olub
# 05 iyul 2020 05:10 (UTC +04:00)

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 139 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində tavan 20 m² sahədə, 2 ədəd məişət avadanlığı və mebel 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yüksək temperaturdan mətbəxin pəncərə çərçivəsi qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR