Gəncədə 59 yaşlı qadın sirkə turşusu içib, vəziyyəti ağırdır

Gəncədə 59 yaşlı qadın sirkə turşusu içib, vəziyyəti ağırdır
# 07 iyun 2020 10:33 (UTC +04:00)

Gəncədə qadın zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki 1961-ci il təvəllüdlü Cəmilə Cəfərova Araz qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 59 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib. Onun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR